Şirniyyat

Pendirli peçenye

Bu çox dadlı və faydalı peçenyedir.

Lazım olan məhsullar:

- 150 qr pendir (məsələn, holand pendiri və ya rossiyskiy pendiri)

- 150 qr soyuq kərə yağı

- 1 stəkan un

- 2 dənə yumurta və 1 dənə yumurta sarısı (peçenyenin üzərinə çəkmək üçün)

- duz, xaşxaş (peçenyenin üzərinə tökmək üçün).

Hazırlanması:

1. Blenderin köməyi ilə un, duz, iri kublarla doğranmış soyuq kərə yağı yaxşı qarışdırılır.

2. Daha sonra yumurta əlavə olunur və yenə yaxşı qarışdırılır. Yumşaq elastik xəmir alınmalıdır.

3. Pendiri sürtgəcin ən kiçik gözündən keçirin.

4. Pendiri xəmirə əlavə edin, yaxşı qarışdırın. Sonra xəmiri plyonkaya bükün və 25-30 dəqiqəyə soyuducunun dondurucu kamerasına qoyun.

5. Daha sonra xəmiri 3-4 mm qalınlıqda un səpilmiş səthdə yayın və istədiyiniz formalara salın.

6. Peçenyeni xüsusi kağız sərilmiş tavaya düzün, üzərinə fırça ilə 1 çay qaşığı su ilə çalınmış yumurta sarısını çəkin və üzərinə xaşxaş səpin.

7. Peçenyeni 200 C kimi qızdırılmış sobada təxminən 12-15 dəqiqə ərzində bişirin (şəkildəki kimi alınmalıdır).

Nuş olsun!

Saglamolun.az


. .
Загрузка...
Загрузка...

Əziz və çox dəyərli xanımlar!

Buta design” şirkəti sizə növbəti çox maraqlı olan Evdarliq.Az layihəsini təqdim edir.

Bizimlə Siz dadlı yeməklərin rahat və müxtəliv çesidli reseptləri, təmizlik işlərinin sirri, ev əşyalarına düzgün qulluq qaydaları, interyerə uyğun əşyaların  düzgün düzülülşü və dünyada mətbəx və evə aid bütün yeniliklərdən xəbərdar olacaqsınız. 

Saytımıza daxil olduqda ev işlərində  daha  təcrübəli olmanız və bününla daha az zaman sərf etməniz üçün çox çalışacayıq. Ən əsas məqsədimiz isə əldə etdiyiniz maraqlı məlumatlar sayəsində  sizə çətin gələn işlərin asanlaşmasıdır.

Qoy bundan sonra gündəlik ev işləri, öhdəsindən rahatlıqla gəldiyiniz üçün  sizə yalnız həzz hissi yaşatsın!

Hörmətlə,

Evdarlıq.Az

Яндекс.Метрика