Şirniyyat

Qara qarağatla piroq. Asan və ləzzətli!

Bu piroqu bişirmək çox asandır. Piroq yumşaq və yüngül alınır.

Lazım olan məhsullar:

- Un - 1 stəkan

- Qara qarağat - 400 qr

- Qabartma tozu - 1 paket

- Duz - 1 çimdik

- Yumurta - 2 dənə (iri)

- Şəkər tozu - 150 qr

- Kərə yağı - 100 qr

- Süd - 70 qr

- Vanilin - 1 paket

- Şəkər kirşanı ("pudra") - 3 xörək qaşığı

Hazırlanması:

1. Un, qabartma tozu və duz qarışdırılır.

2. Yumurta şəkər tozu ilə ayrı qabda 3 dəqiqə ərzində mikserlə yaxşı çalınır.

3. Yumurtalı-şəkərli kütləyə əridilmiş kərə yağı, süd və vanilin əlavə olunur və yenə də eynicinsli kütlə alınana kimi yaxşı qarışdırılır.

4. Qabartma tozu və duzla qarışdırılmış un əlavə olunur və yaxşı çalınır.

5. Formaya perqament kağızı sərilir, xəmir tökülür, hamarlanır.

6. Xəmirin üzərinə qara qarağat qoyulur, üzərinə 1 xörək qaşığı şəkər kirşanı səpilir.

7. Soba əvvəlcədən 180 C kimi qızdırılır və piroq təxminən 45 dəqiqə ərzində bişirilir.

8. Hazır piroq soyudulur və üzərinə 2 xörək qaşığı şəkər kirşanı səpilir.

Nuş olsun!

Saglamolun.Az


. .
Загрузка...
Загрузка...

Əziz və çox dəyərli xanımlar!

Buta design” şirkəti sizə növbəti çox maraqlı olan Evdarliq.Az layihəsini təqdim edir.

Bizimlə Siz dadlı yeməklərin rahat və müxtəliv çesidli reseptləri, təmizlik işlərinin sirri, ev əşyalarına düzgün qulluq qaydaları, interyerə uyğun əşyaların  düzgün düzülülşü və dünyada mətbəx və evə aid bütün yeniliklərdən xəbərdar olacaqsınız. 

Saytımıza daxil olduqda ev işlərində  daha  təcrübəli olmanız və bününla daha az zaman sərf etməniz üçün çox çalışacayıq. Ən əsas məqsədimiz isə əldə etdiyiniz maraqlı məlumatlar sayəsində  sizə çətin gələn işlərin asanlaşmasıdır.

Qoy bundan sonra gündəlik ev işləri, öhdəsindən rahatlıqla gəldiyiniz üçün  sizə yalnız həzz hissi yaşatsın!

Hörmətlə,

Evdarlıq.Az

Яндекс.Метрика