Şirniyyat

Zərif alma piroqu

Alma piroqlarının reseptləri olduqca çoxdur.

Lakin bu piroq xüsusilə zərif və yüngül alınır.

Lazım olan məhsullar:

Xəmir üçün:

- Alma - 3-4 dənə (orta ölçüdə)

- Un - 1,5 stəkan

- Xama - 1/2 stəkan

- Kərə yağı - 150 qr

- Qabartma tozu - 1,5 qaşıq

Krem üçün:

- Xama - 1 stəkan

- Yumurta - 1 dənə

- Şəkər tozu - 1 stəkan

- Vanil - 1 çay qaşığı

- Un - 2 xörək qaşığı

Hazırlanması:

1. Unu ələyin və qabartma tozu ilə qarışdırın.

2. Yağı əridin və xama ilə yaxşı qarışdırın. Un əlavə edin və xəmir yoğurun. Xəmir yumşaq və yüngül alınmalıdır.

3. Formaya perqament kağızı sərin. Xəmiri formaya qoyun, kənarları qaldırın.

4. Almaları yuyun və nazik-nazik dilimlərə doğrayın.

5. Alma dilimlərini formaya düzün.

6. Xama, şəkər, vanil mikserlə yaxşı qarışdırılır. Yumurta ayrı qabda çalınır, xamalı-şəkərli kütlyə əlavə olunur və yenə qarışdırılır.

7. Kütləni qarışdıra-qarışdıra hissə-hissə un əlavə edin. Kütləni yaxşı qarışdırın.

8. Xamalı-şəkərli kütləni almanın üzərinə tökün.

9. Sobanı qabaqcadan 180 C kimi qızdırın və piroqu təxminən 50 dəqiqə ərzində bişirin.

Nuş olsun!

Saglamolun.Az


. .
Загрузка...
Загрузка...

Əziz və çox dəyərli xanımlar!

Buta design” şirkəti sizə növbəti çox maraqlı olan Evdarliq.Az layihəsini təqdim edir.

Bizimlə Siz dadlı yeməklərin rahat və müxtəliv çesidli reseptləri, təmizlik işlərinin sirri, ev əşyalarına düzgün qulluq qaydaları, interyerə uyğun əşyaların  düzgün düzülülşü və dünyada mətbəx və evə aid bütün yeniliklərdən xəbərdar olacaqsınız. 

Saytımıza daxil olduqda ev işlərində  daha  təcrübəli olmanız və bününla daha az zaman sərf etməniz üçün çox çalışacayıq. Ən əsas məqsədimiz isə əldə etdiyiniz maraqlı məlumatlar sayəsində  sizə çətin gələn işlərin asanlaşmasıdır.

Qoy bundan sonra gündəlik ev işləri, öhdəsindən rahatlıqla gəldiyiniz üçün  sizə yalnız həzz hissi yaşatsın!

Hörmətlə,

Evdarlıq.Az

Яндекс.Метрика