Şirniyyat

Heyva ilə kəsmikli piroq

Bu piroq çox dadlı və zərif alınır.

Lazım olan məhsullar:

Un - 2,5 stəkan

Kərə yağı - 200 qr

Şəkər tozu - 1,5 stəkan

Qabartma tozu - 1 çay qaşığı

Kəsmik - 500 qr

Yumurta - 2 dənə (orta ölçüdə)

Vanilin - 1 çay qaşığı

Duz - 1 çimdik

Hazırlanması

1. Yağı kiçik tikələrə doğrayın və əllərinizlə unla və 1/2 stəkan şəkər tozu ilə qarışdırın (ovuntu kimi alınmalıdır). Duz və qabartma tozu əlavə edin və yenə yaxşı qarışdırın.

2. Heyvanı yuyun, 4 hissəyə bölün, ortasını kəsin və ətçəkən maşınından keçirin (qabığı soyulmur).

3. Kəsmiyi ələkdən sıxıb, yumurta, qalan şəkər tozu və vanilinlə yaxşı qarışdırın.

4. Formaya perqament kağızı sərin, kağıza kərə yağı çəkin.

5. Formanın dibinə xəmirin yarısını tökün.

6. Xəmirin üzərinə əvvəl kəsmikli içlik, sonra isə heyvanı qoyun və səliqə ilə yayın.

7. Üzərinə qalan xəmiri tökün.

8. Piroqu əvvəlcədən 180 C kimi qızdırılmış sobada 35-40 dəqiqə ərzində bişirin.

9. Piroq bir qədər soyuyandan sonra üzərinə şəkər kirşanı səpin.

Nuş olsun!

Evdarliq.Az

 


.
Загрузка...

BÜTÜN BÖLMƏLƏRDƏN SEÇMƏLƏR

Portağalla dadlı MANNİK

Portağalla dadlı MANNİK

Şirniyyat Hits:2075

Tərkib: - 2 yumurta - 1 stəkan manna

Qeyri-adi toyuq qəlyanaltısı

Qeyri-adi toyuq qəlyanaltısı

Qəlyanaltılar Hits:4836

Çox dadlı və qeyri-adi qəlyanaltıdır.

Saçların tökülməsini azaldan ot dəmləmələri

Saçların tökülməsini azaldan ot dəmləmələri

Kosmetologiya Hits:3333

  Müalicəvi bitkilər ta qədimdən saçların keyfiyyətini...

Cavanlaşdırıcı ALBALI MASKAları

Cavanlaşdırıcı ALBALI MASKAları

Kosmetologiya Hits:2154

Albalı meyvəsi orqanik turşularla zəngindir. Bu...

Balıq konservi ilə DADLI SALAT

Balıq konservi ilə DADLI SALAT

Salatlar Hits:1269

Tərkib: - 1 banka balıq konservi yağda...

Arıqlamağa kömək edən ƏN YAXŞI 5 İÇKİ

Arıqlamağa kömək edən ƏN YAXŞI…

Sağlamlıq Hits:17447

- Su. Su orqanizmdə gedən maddələr...

SON ƏLAVƏ OLUNMUŞ MƏLUMATLAR

Üzümlə zərif piroq

Üzümlə zərif piroq

Şirniyyat Hits:314

Ərzaqlar: - 2 yumurta

Gavalı ilə sadə piroq

Gavalı ilə sadə piroq

Şirniyyat Hits:414

Ərzaqlar: - 400 qr gavalı

Çox dadlı qəhvəli peçenye

Çox dadlı qəhvəli peçenye

Şirniyyat Hits:328

Ərzaqlar: - 100 qr kərə yağı

Sadə və dadlı yay salatı

Sadə və dadlı yay salatı

Salatlar Hits:596

Məhsullar: - 200 qr təzə kələm

Şaftalı və xamalı kremlə çox dadlı PİROQ

Şaftalı və xamalı kremlə çox…

Şirniyyat Hits:533

Məhsullar: Xəmir üçün:

Yemişlə sadə və dadlı piroq

Yemişlə sadə və dadlı piroq

Şirniyyat Hits:443

Məhsullar: - 5 yumurta

Tez hazırlanan giləmeyvəli piroq

Tez hazırlanan giləmeyvəli piroq

Şirniyyat Hits:871

Məhsullar: Xəmir:

Qoz və bişmiş squşonka ilə qat-qat pirojki

Qoz və bişmiş squşonka ilə…

Şirniyyat Hits:1013

Məhsullar: - 500 qr hazır qat-qat xəmir

SON ŞƏRHLƏR

Яндекс.Метрика

Əziz və çox dəyərli xanımlar!

Buta design” şirkəti sizə növbəti çox maraqlı olan Evdarliq.Az layihəsini təqdim edir.

Bizimlə Siz dadlı yeməklərin rahat və müxtəliv çesidli reseptləri, təmizlik işlərinin sirri, ev əşyalarına düzgün qulluq qaydaları, interyerə uyğun əşyaların  düzgün düzülülşü və dünyada mətbəx və evə aid bütün yeniliklərdən xəbərdar olacaqsınız. 

Saytımıza daxil olduqda ev işlərində  daha  təcrübəli olmanız və bününla daha az zaman sərf etməniz üçün çox çalışacayıq. Ən əsas məqsədimiz isə əldə etdiyiniz maraqlı məlumatlar sayəsində  sizə çətin gələn işlərin asanlaşmasıdır.

Qoy bundan sonra gündəlik ev işləri, öhdəsindən rahatlıqla gəldiyiniz üçün  sizə yalnız həzz hissi yaşatsın!

Hörmətlə,

Evdarlıq.Az