Həm görünüşü, həm də dadı ilə qaçılmaz ləzzət Hörüklü Bulka - RESEPT

Tərkibi:

5-6 stəkan süzülmüş un,

20 qram təzə maya,

4 xörək qaşığı qaymaq,

150 mililitr yağ,


2 yumurta,

1 stəkan ilıq su,

1 stəkan ilıq süd,

2 xörək qaşığı şəkər tozu,

1 çay qaşığı duz

İçi üçün: Pendir

Üstü üçün: Küncüt

Undan başqa otaq temperaturunda saxladığınız inqrediyentləri yoğurma qabına qoyun. 1 yumurtanın sarısını ayırın. Unu inqrediyentlərin üzərinə tədricən süzərək yoğurmağa başlayın. Yumşaq xəmiri tezgahın üstünə qoyun və üzərinə un səpin və daha 10 dəqiqə yoğurun. 3 və ya 6 kündə hazırlayın. Kündələri örtün və 30 dəqiqə buraxın.

Tərkibləri hazırlayın.

Yumurtanın sarısına 1 xörək qaşığı soyuq su əlavə edib çalın. Azca un səpilmiş piştaxtada uzun pide şəklindəki kündələrin birini açın, içliyi uzun şəkildə ortasına qoyun, kənarlarından ortasına qədər örtün, daha 2 ədəd hazırlayın və saç hörükləri kimi toxuyun və üzərinə yumurta sarısı çəkin.

Sobanı yandırın, soba 180-190 dərəcə qızdırarkən bulkaların üzərinə küncüt səpin. Sobanın temperaturunu 150-160 dərəcəyə çatdırın və 30 dəqiqə yavaş-yavaş bişirin.

Nuş Olsun!

Evdarliq.Az



 

 

.