Şokoladlı yastıqlar – Dadlı və Tez Hazırlanan! - RESEPT

Səhər süfrələrinizə daxil edə biləcəyiniz kremlə doldurulmuş şokoladlı yastıqların hazırlanma qaydasını paylaşırıq!

Məhsullar:

- 500 qram un,

- 1 paket ani maya,

- 250 ml. su,

- 1/4 çay qaşığı duz,

- 2 xörək qaşığı zeytun yağı,

- 1 çay qaşığı şəkər,

- 5 stəkan tava yağı,

- 200 qram şokolad kremi kifayət edəcək.

Hazırlanması:

Unu geniş bir qaba süzün. Suyu bir az isidin və digər inqrediyentlərlə birlikdə una əlavə edin. Xəmiri hamar olana qədər yoğurun.

Yoğurduğunuz qabda mayalanması üçün gözlədin. Nəm və təmiz bir parça ilə örtün. Sobanın üzərinə zeytun yağı götürüb qızdırırıq. Xəmir parçalarını qoparıb ovucunuza qoyun. Qaşıq köməyi ilə yayıla bilən şokolad kremini xəmir parçasının mərkəzinə yerləşdirin. Bir paket şəklində sıx bağlayın. İsti yağda qızılı rəng alana qədər qızardın. Kağız salfetlərə düzün, yağı süzüləndən sonra masaya verin.

Nuş Olsun!

Evdarliq.Az

 



 

 

.