Kəsmikli Ponçiklər - RESEPT

Tərkibi:

- Un - 30 qr.

- Kəsmik - 100 qr.

- Yumurta - 1 ədəd

- Şəkər tozu - 14 qr.


- Soda - 4 qr.

- Qızartmaq üçün bitki yağı - 300 qr.

- Şəkər kirşanı - 15 qr.

 

Hazırlanma Qaydası:

1. Un, kəsmik, yumurta, şəkər tozu və sodadan ibarət xəmir yoğurun.

2. Hazırlanmış xəmirdən kiçik kürəciklər düzəldin.

3. Qazanda və ya dərin tavada yağı qızdırın.

4. Qızılı rəng alana qədər kürəcikləri qızardın.

5. Hazırlanmış ponçiklərə şəkər kirşanı səpin.

 

Ponçiklər hazırdır. Nuş Olsun!

 

Evdarliq.Az



 

 

.