Sobaya qoymadan tez hazırlanan dadlı PEÇENYA TORTU – Resept

Sobaya qoymadan, çox zaman itirmədən ailəniz üçün dadlı tort bişirməyə nə deyirsiniz?

Tərkibi:

150 q kərə yağı;

180 q qaynadılmış qatılaşdırılmış süd;

250 q şəkərli peçenye;

1 şokolad plitkasının yarısı.

Hazırlanma Qaydası:

Kərə yağı və qatılaşdırılmış südü hamarlanana qədər mikserlə çalın. Peçenyeləri xırdalayın və yüngülcə əzin. Kiçik parçalar qalmalıdır ki, tort kəsimdə daha gözəl görünsün.

Bütün maddələri birləşdirin və dibi çıxarıla bilən bir qaba-formaya qoyun. Əgər sizdə belə forma yoxdursa, şirin kütləni bir qazana və ya qida plenkası ilə örtülmüş digər dərin konteynerə qoyun ki, kənarları aşağı salınsın. Bu, tortun çıxarılmasını asanlaşdıracaq.

Şokoladı sürtgəcdən keçirin, tortu onunla bəzəyin və 1-2 saat dondurucuya qoyun.

Hazırdır,Nuş Olsun!

Evdarlıq.Az