Az kalorili xurma,qoz və şokoladlı konfetlər - asan RESEPT

Tərkibi:

- Çəyirdəksiz xurma- 80 qr.

- Qoz - 60 qr.

- Tünd şokolad - 120 qr.

- Qaymaq 33% - 60 qr.

- Kərə yağı - 20 qr.

- Bal - 20 qr.

Hazırlanması:

1. Xurmanı bıcaqla xırda-xırda doğrayın.

2. Qozu təmizləyib, oxlov və ya stəkan ilə orta ölçüyə qədər xırdalayın.

3. Şokoladı su vannasında əridin.

4. Qaymağı qaynadın.

5. Qaymağı şokoladın üzərinə əlavə edib, yumuşalmış kərə yağı və bal ilə qarışdırın.

6. Həmən kütləyə xırdalanmı xurma və qozu əlavə edib yaxşı qarışdırın.

7. Bir qabın dibinə qida selofanı salıb, hazırlanmış kütləni ora əlavə edib soyuducuya qoyun.

8. Kütlə soyuyan kimi dördkünc doğrayın. 

Konfetlər hazırdır,

Nuş Olsun!

Evdarliq.Az