Şirniyyat

Keks albalı ilə - asan və dadlı

Uşaqlar keks çox xoşlayır. Səhər yeməyi, 2-ci nahar üçün belə keks çox yaxşı variantdır.

Albalını çiyələk, ərik və s. istədiyiniz meyvələr və giləmeyvələrlə əvəz etmək olar. Dükanlarda satılan dondurulmuş giləmeyvələri da istifadə etmək olar.

Lazım olan məhsullar:

- Kərə yağı - 150 qr

- Yumurta - 3 ədəd

- Şəkər tozu - 150 qr

- Un - 1,5-2 stəkan

- Qabartma tozu - 2 ç.q.

- Su - 6 x.q.

- Vanilin - 1 bağlama

- Albalı (çəyirdəksiz) - 200 qr

Hazırlanması:

1. Bütün inqrediyentlər eyni temperaturda olmalıdır. Bunun üçün yumurtanı və yağı soyuducudan əvvəlcədən çıxardın və ev temperaturunda saxlayın.

2. Yumşaq kərə yağı şəkər tozu ilə yaxşı qarışdırılır (şəkər tozu tam əriməlidir).

3. Yumurta bir-bir əlavə olunur və qarışdırılır.

4. Un, qabartma tozu, vanilin və su əlavə olunur və yaxşı qarışdırılır. Xəmir xama qatılığında olmalıdır (nə çox qatı, nə də çox duru).

5. Formaya (10x25 sm) perqament kağızı səririk, üzərinə xəmirin bir hissəsini, üzərinə də albalı qoyuruq. Daha sonra yenə xəmir və yenə albalı. Sonda da qalan xəmiri tökürük.

6. Keks əvvəlcədən 180-2000 C kimi qızdırılmış sobada təxminən 50 dəqiqə ərzində (üstü qızarana kimi) bişirilməlidir.

7. Hazır keksi sobadan çıxardırıq, soyuduruq və üzərinə şəkər kirşanı səpirik.

Nüş olsun!

Saglamolun.Az


.....

.
.

Əziz və çox dəyərli xanımlar!

Buta design” şirkəti sizə növbəti çox maraqlı olan Evdarliq.Az layihəsini təqdim edir.

Bizimlə Siz dadlı yeməklərin rahat və müxtəliv çesidli reseptləri, təmizlik işlərinin sirri, ev əşyalarına düzgün qulluq qaydaları, interyerə uyğun əşyaların  düzgün düzülülşü və dünyada mətbəx və evə aid bütün yeniliklərdən xəbərdar olacaqsınız. 

Saytımıza daxil olduqda ev işlərində  daha  təcrübəli olmanız və bününla daha az zaman sərf etməniz üçün çox çalışacayıq. Ən əsas məqsədimiz isə əldə etdiyiniz maraqlı məlumatlar sayəsində  sizə çətin gələn işlərin asanlaşmasıdır.

Qoy bundan sonra gündəlik ev işləri, öhdəsindən rahatlıqla gəldiyiniz üçün  sizə yalnız həzz hissi yaşatsın!

Hörmətlə,

Evdarlıq.Az

Яндекс.Метрика