Şəkərçörəyi. Resept

Ərzaqlar:

- 3 stəkan un

- 250 qr kərə yağı

- 1 stəkan şəkər pudrası

- 1 yumurta

- ½ paket qabartma tozu

- 1 paket vanilin

Hazırlanması:

1. Yumşaq kərə yağını şəkər pudrası və vanilinlə mikserlə yaxşı çalırıq.

2. Yumurtanın ağını sarısından ayırıb kütləyə əlavə edirik, yenə çalırıq. (Sarısını üz üçün saxlayırıq.)

3. Sonra qabartma tozunu əlavə edib çalırıq.

4. Unu az-az töküb yumşaq xəmir yoğururuq.

5. Xəmirdən təpəcik şəklində balaca kündələr düzəldirik.

6. Yumurtanın sarısını təpəciyin başına çəkirik.

7. 180 dərəcədə qızdırılmış sobada 20-25 dəqiqə bişiririk. Şəkərçörəyin üzü qızarmamalıdır.

Nuş olsun!

Resept.az


Youtube kanalımıza abunə olun ki, faydalı videolardan xəbəriniz olsun

Yeməkdən dərhal sonra ÇAY içənlər mütləq baxsın! - VİDEO