İnqrediyentlər:
- 200 qr kərə yağı
- 2 stəkan un
- 1 stəkan şəkər tozu (stəkanın 1/3 hissəsi – xəmirə, 2/3 – kəsmiyə)
- 1 ç.q. qabartma tozu
- 500 qr yağlı kəsmik
- 3 yumurta
- yarım ç.q. vanil
Hazırlanması:
- Soyuq kərə yağını sürtgəcdən keçirin, un, qabartma tozu və şəkər tozunu əlavə edin, qarışdırın ki, ovuntu alınsın.
- Kəsmiyə yumurta, şəkər tozu və vanil əlavə edin, yaxşı qarışdırın.
- Formaya yağ çəkin, ovuntunun yarısını tökün, hamarlayın, içliyi qoyun.
- Üzərinə qalan ovuntunu tökün.
- Sobanı qabaqcadan 200 C qədər qızdırın, piroqu üstü qızarana qədər bişirin.
- Piroqu soyudun, üzərinə pudra səpin.
Nuş olsun!
Evdarliq.az