İnqrediyentlər:
- 3 yumşaq dəymiş banan
- 200 qr un
- 170 qr şəkər tozu
- 70 qr kərə yağı
- 2 yumurta
- 2 ç.q. qabartma tozu
- 1 ç.q. vanilli şəkər tozu
- 1 çimdik duz
Hazırlanması:
- Bananları təmizləyin, blenderdən keçirin.
- Yumurta, şəkər tozu, vanil, duz, soyuq əridilmiş kərə yağı əlavə edin, qarışdırın.
- Una qabartma tozunu əlavə edin, birlikdə ələyin, kütləyə əlavə edin, yaxşı qarışdırın. Xəmir qatı alınmamalıdır.
- Kiçik keks formalarına yağ çəkin, xəmir qoyun. (Xəmir formanın yuxarısına qədər çatmamalıdır.)
- Sobanı qabaqcadan 180 C qədər qızdırın, keksləri təxminən 20-25 dəqiqə bişirin.
Nuş olsun!
Evdarliq.az