İnqrediyentlər:
- 1 x.q. kərə yağı
- 1 stəkan şəkər tozu
- 300 qr yağlı kəsmik
- 4 yumurta
- 1,5 ç.q. soda
- 2 stəkan un
Hazırlanması:
- 1 x.q. kərə yağı şəkərin 3/4 hissəsi ilə yaxşı qarışdırın.
- Kəsmik əlavə edin, mikserlə qarışdırın.
- Limonun uclarını kəsin. Limonu doğrayın, çəyirdəklərini çıxardın, blenderdə yaxşı xırdalayın (püre kimi alınmalıdır).
- Limonu kəsmikli kütləyə əlavə edin, yaxşı qarışdırn.
- Başqa qabda 4 yumurtanı şəkərin qalan hissəsi ilə (1/4) çalın, kəsmikli kütləyə əlavə edin, yaxşı qarışdırın.
- Soda əlavə edin, yenə qarışdırın.
- Ələnmiş un əlavə edin, qarışdırın.
- Formaya yağ çəkin, xəmiri qoyun.
- Sobanı qabaqcadan 200 C qədər qızıdırn, keksi təxminən 40 dəqiqə bişirin. Keksin üstü qızaranda sobadan çıxardın.
- Keksi soyudun, üzəriinə pudra səpin.
Nuş olsun!
Evdarliq.az