“Tənbəllər” üçün MAYALI XƏMİR RESEPTİ – Pirojki, piroq, bulka, pizza üçün

İnqrediyentlər:

  • 500 qr süd
  • 5 stəkan un (təxminən 700 qr)
  • 2 x.q. şəkər tozu
  • yarım ç.q. duz
  • 2 x.q. bitki yağı
  • 11 qr quru maya (1 paket)

Hazırlanması:

  1. Qaba 4 stəkan un və maya tökün, qarışdırın.
  2. Asta-asta ilıq süd, şəkər tozu, duz, bitki yağı əlavə edin, qarışdırın.
  3. Sonda asta-asta qalan un əlavə edin, qarışdırın.
  4. Xəmiri sellofan paketə qoyun, soyuducuda ən azı 2-3 saat saxlayın. Axşamdan səhərə qədər qalanda xəmir daha yaxşı alınır.
  5. Xəmirdən istənilən piroq, pirojki, bulka, pizza və s. hazırlanamq olar.

Nuş olsun!

Evdarliq.az



 

 

.