İnqrediyentlər:
Xəmir:
- 200 ml süd
- 100 qr kərə yağı
- 1 yumurta
- 100 qr şəkər tozu
- 2 ç.q. vanilli şəkər tozu
- 8 qr quru maya
- 450-500 qr un
Ovuntu üçün:
- 30 qr kərə yağı
- 30 qr şəkər tozu
- 60-70 qr un
Üzərinə çəkmək üçün:
- 1 yumurta
Hazırlanması:
- Südü qızıdırın (isti yox, ilıq olmalıdır).
- Südə 1 ç.q. şəkər tozu və maya əlavə edin, qarışdırın.
- 100 qr un əlavə edin, qarışdırın, isti yerə qoyun ki, qalxsın.
- Qalxanda yağ və yumurta əlavə edin, qarışdırın.
- Şəkər tozu və vanilli şəkər tozunu əlavə edin, qarışdırın.
- Duz, ələnmiş un əlavə edin, xəmir yoğurun.
- Xəmiri isti yerdə saxlayın, qalxsın.
- Ovuntu hazırlayırıq: yumşaq kərə yağını şəkər tozu ilə qarışdırın, un əlavə edin, əllərinizə ovuşdurun.
- Formaya yağ çəkin, xəmirdən yumru bulkaları formalayın, formaya düzün, aralarında məsafə saxlayın. Bulkaların üzərini dəsmalla örtün, şişənə qədər saxlayın.
- Bulkaların üzərinə yumurta çəkin, ovuntu səpin.
- Sobanı qabaqcadan 180 C qədər qızdırın, bulkaları 30-35 dəqiqə bişirin.
Nuş oldun!
Evdarliq.az