İnqrediyentlər:
Xəmir:
- 250 qr un
- 200 qr kərə yağı
- 200 qr şəkər tozu
- 50 qr xama
- 50 qr kokos
- 3 yumurta
- 2 ç.q. vanilli şəkər tozu
- 1,5 ç.q. qabartma tozu
- 1 çimdik duz
Üzərinə tökmək üçün:
- 50 qr şokolad
- 2-3 x.q. qaymaq
- kokos
Hazırlanması:
- Yumşaq kərə yağı, şəkər tozu, vanil, duz bir qabda ağarana qədər çalın.
- Bir-bir yumurta əlavə edin, çalın.
- Xama, kokos əlavə edin, mikserlə çalın.
- Unu qabartma tozu ilə qarışdırın, xəmirə əlavə edin, qarışdırın.
- Formaya (22 sm) yağ çəkin, xəmir qoyun.
- Sobanı qabaqcadan 170 C qədər qızdırın, keksi təxminən 1 saat – 1 saat 10 dəqiqə ərzində bişirin, tam soyudun.
- Şokoladı qaymaqla birlikdə əridin. (Qaymağı hissə-hissə əlavə edin.) Keksin üzərinə tökün, kokos səpin.
Nuş olsun!
Evdarliq.az