Limon və squşonka ilə DADLI KEKS

İnqrediyentlər:

  • 1 banka squşonka
  • 1 yumurta
  • 1 iri limon
  • 2 ç.q. qabartma tozu
  • 1 stəkan un
  • 100 qr qarğıdalı nişastası (“kraxmal”)

Hazırlanması:

  1. Limondan şirə sıxın (təxminən 100 qr alınmalıdır).
  2. Squşonkaya yumurta əlavə edin, qarışdırın.
  3. Limon şirəsi və nişasta əlavə edin, qarışdırın.
  4. Unu qabartma tozu ilə qarışdırın, ələyin, xəmirə əlavə edin, qarışdırın.
  5. Sobanı qabaqcadan 180 C qədər qızdırın, keksi 30-35 dəqiqə ərzində bişirin.
  6. Keksi soyudun, üzərinə pudra səpin.

Nuş olsun!

Evdarliq.az



 

 

.