İnqrediyentlər:
- 2 yumurta
- 1 stəkan şəkər tozu
- 100 qr kərə yağı
- 1 stəkan qatıq
- 2 stəkan un
- 1 ç.q. soda
- 1 ovuc meyvə quruları, çərəzlər (ərik, kişmiş, qoz, fındıq və s.)
Hazırlanması:
- Yumurtanı şəkər tozu ilə mikserlə çalın.
- 100 qr kərə yağını əridin, soyudun, xəmirə əlavə edin, qarışdırın.
- Ələnmiş un əlavə edin, qarışdırın.
- Qatığa soda əlavə edin, qarışdırın, xəmirə əlavə edin, mikserlə çalın.
- Doğranmış meyvə quruları və çərəzləri əlavə edin, qarışdırın, silikon formaya tökün.
- Sobanı 180 C qədər qızıdırn, 30-40 dəqiqə bişirin.
Nuş Olsun!
Evdarliq.az