Ərzaqlar:
- 1 nazik lavaş
- 3 alma
- yarım limon
- 3 x.q. şəkər tozu (zövqə görə artırmaq və ya azaltmaq olar)
- 1 ç.q. darçın
- bitki yağı (qızartmaq üçün)
Hazırlanması:
- Almaları soyun, sürtgəcdən keçirin. Almalar çox suludursa, şirəni süzün.
- Şəkər tozu, limon şirəsi və darçın əlavə edin, qarışdırın.
- Lavaşı düzbucaqlar şəklində kəsin. 8 düzbucaq alınmalıdır.
- İçliyi lavaşın üzərinə qoyub konvert kimi bükün.
- Bitki yağını qızdırın, pirojkiləri hər 2 tərəfdən qızardın.
- Soyuyandan sonra üzərinə pudra səpin.
Nuş olsun!
Evdarliq.az