Əriklə kiçik kekslər

Ərzaqlar (12-15 keks üçün):

- 150 qr kərə yağı (ev temperaturunda)

- 1 stəkan şəkər tozu

- 1 stəkan un

- 3 yumurta

- 1 ç.q. qabartma tozu

- 3-4 ərik

Hazırlanması:

  1. Yumşaq kərə yağını şəkər tozu yaxşı çalın. Bir-bir yumurta əlavə edin, hər dəfə çalın.
  2. Unu qabartma tozu ilə qarışdırın, ələyin, kütləyə əlavə edin, qaşıqla ehtiyatla qarışdırın.
  3. Ərikləri yuyun, çəyirdəkləri çıxardın, 4-6 tikəyə bölün.
  4. Xəmiri silikon formalara qoyun (formanın 2/3 hissəsinə qədər), üzərinə ərik tikəsini qoyun.
  5. Sobanı qabaqcadan 180 C qədər qızdırın, keksləri 15-20 dəqiqə bişirin. Kekslərin hazır olub-olmadığını diş çöpü ilə yoxlayın. Diş çöpünü keksə batırın, çöp qurudursa, keks hazırdır.

Nuş olsun!

Evdarliq.az



 

 

.