Ərzaqlar:
- yarım kq qoyun əti
- 3 ətli pomidor
- 1 baş soğan
- 3 diş sarımsaq
- göyərti (zövqə görə)
- duz, istiot
- bitki yağı
Hazırlanması:
- Soğan və sarımsağı xırda doğrayın.
- Pomidorların qabığını soyun, blenderdə və ya çəngəllə əzin.
- Bitki yağında soğan və sarımsağı qızardın.
- Ət əlavə edin, duz, istiot vurun, hər 2 tərəfdən qızardın.
- Pomidorları əlavə edin, tavanın qapağını bağlayın, qazı azaldın, 40-50 dəqiqə ərzində bişirin.
- Hazır olana 5 dəqiqə qalmış göyərti əlavə edin.
Nuş olsun!
Evdarliq.az