Albalı ilə çox sadə və dadlı piroq

Məhsullar:

- yarım kq albalı

- 150 qr kərə yağı

- 1 stəkan şəkər tozu

- 4 iri yumurta

- 200 qr un

- 1 çimdik duz

- 1 ç.q. qabartma tozu

- vanilin

Hazırlanması:

  1. Albalını yuyun, çəyirdəklərini çıxardın.
  2. Yumşaq kərə yağını şəkər tozu və vanilinlə mikserlə çalın.
  3. Duz əlavə edin, bir-bir yumurta əlavə edin, hər dəfə yaxşı çalın.
  4. Unu qabartma tozu ilə birlikdə ələyin, hissə-hissə xəmirə əlavə edin, çalın.
  5. Sobanı 180 C qədər qızıdırın.
  6. Formaya kərə yağı çəkin, un səpin, xəmir tökün, üzərinə albalını düzün.
  7. Albalının üzərinə 1-2 x.q. şəkər tozu səpin.
  8. Piroqu təxminən 40-45 dəq. bişirin. Hazır olub-olmadığını diş çöpü ilə yoxlayın.
  9. Piroqu soyudun, üzərinə pudra səpin.

Nuş olsun!

Evdarliq.az



 

 

.