Məhsullar:
Biskvit üçün:
- 1 stəkan un
- yarım stəkan şəkər tozu
- 6 yumurta
Krem üçün:
- 300 qr yağlı xama
- 200 qr çiyələk
- 1 stəkandan az pudra
Hazırlanması:
- Yumurtanın ağlarını sarılardan ayırın (yumurta təzə və soyuq olmalıdır). Ağları mikserlə yaxşı çalın.
- Hissə-hissə un və şəkər tozu əlavə edin, çalın.
- Sonda yumurta sarısını əlavə, çalın. Xəmir qatı xama kimi alınmalıdır.
- Sobanı 190 C qədər qızdırın, tavaya perqament kağızını sərin, kağıza kərə yağı çəkin, xəmir tökün, üzərinə 2-ci kağız sərin, 25 dəqiqə bişirin.
- Xamanı pudra ilə yaxşı qarışdırın, çiyələyi nazik doğrayın.
- Hazır korj olan tavanı yaş dəsmalın üzərinə qoyun, digər yaş dəsmalı tavanın üzərinə sərin, soyumasını gözləyin.
- Korja krem çəkin, üzərinə çiyələk düzün, rulet şəklində bükün.
Nuş olsun!
Evdarliq.az