Südlü peçenye

Məhsullar:

- 2,5 stəkan un

- 1 stəkan şəkər tozu

- 100 qr kərə yağı

- 1 yumurta

- yarım stəkan süd

- yarım ç.q. qabartma tozu

- vanil

Hazırlanması:

  1. Yumşaq kərə yağını şəkərlə mikserlə çalın.
  2. Yumurta, süd, vanil əlavə edin, qarışdırın.
  3. Unu qabartma tozu ilə qarışdırın, ələyin, xəmirə əlavə edin, qarışdırın, yumşaq xəmir yoğurun.
  4. Xəmiri təxminən 1 sm qalınlıqda yayın, formalar (və ya stəkanla) peçenyeləri kəsin.
  5. Tavaya perqament kağızı sərin, peçenyeləri düzün, 180 C qızdırılmış sobada 15 dəqiqə bişirin.

Nuş olsun!

Evdarliq.az



 

 

.