Məhsullar:
- 200 qr un
- 100 qr kərə yağı
- 120 qr şəkər tozu
- 150 qr təzə qatıq
- 1 paket vanil
- 2 yumurta
- 1 çimdik duz
- 2 ç.q. qabartma tozu
- 200 qr çiyələk
Hazırlanması:
- Yumşaq kərə yağını şəkər tozu və vanilinlə mikserlə yaxşı çalın.
- Bir-bir yumurta əlavə edin, çalın.
- Qatıq əlavə edin, qarışdırın.
- Una qabartma tozunu və duzu əlavə edin, birlikdə ələyin, xəmirə əlavə edin, ehtiyatla qarışdırın.
- Çiyələyi tikələrə doğrayın, xəmirə əlavə edin, ehtiyatla qarışdırın.
- Formaya kağız sərin, xəmiri qoyun.
- Sobanı qabaqcadan 180 C qədər qızdırın, 40-45 dəq. bişirin. Keksin hazır olub-olmadığını diş çöpü ilə yoxlayın.
- Keks soyuyanda üzərinə pudra səpin.
Nuş olsun!
Evdarliq.az