Məhsullar:
- 200 qr un
- 100 qr kərə yağı
- 200 qr kəsmik
- 150 qr şəkər tozu
- 2 yumurta
- 1 ç.q. qabartma tozu
- 1 paket vanil
- 1 çimdik duz
- 300 qr çiyələk
Hazırlanması:
- Unu qabartma tozu ilə qarışdırın, çiyələyi təmizləyin, yuyun.
- Yumşaq yağı şəkər tozu, vanil və duzla birlikdə mikserlə yaxşı çalın.
- Bir-bir yumurta əlavə edin, çalın.
- Kəsmik əlavə edin, çalın.
- Un əlavə edin, ehtiyatla qarışdırın.
- Xəmiri perqament sərilmiş formaya boşaldın.
- Üzərinə çiyələyi düzün, soyuducuda 1 saat saxlayın.
- Piroqu 175 C qədər qızdırılmış sobada 35 dəqiqə bişirin.
- Piroq soyuyanda üzərinə pudra səpin.
Nuş olsun!
Evdarliq.az