Tərkib:
- 150 qr kərə yağı
- 2 yumurta
- 100 qr şəkər tozu (+ 50-70 qr peçenyelərin üzərinə səpmək üçün)
- 300 qr kəsmik
- 2 alma
- 2 ç.q. qabartma tozu
- 300-350 qr un.
Hazırlanması:
- Almanı soyun, sürtgəcdən keçirin, şirəsini sıxıb başğa qaba tökün.
- Yağı şəkər tozu ilə çalın.
- Yumurta əlavə edin, qarışdırın.
- Alma əlavə edin, qarışdırın.
- Kəsmik əlavə edin, qarışdırın.
- Unu qabartma tozu ilə birlikdə ələyin, xəmirə əlavə edin, xəmir yoğurun.
- Xəmirdən kişik peçenyeləri düzəldin, şəkərə batırın, yağ çəkilmiş tavaya düzün.
- Sobanı qabaqcadan 180 C qədər qızdırın və 20-25 dəqiqə bişirin.
Nuş olsun!
Evdarliq.az