Məhsullar:
- 100 qr cem
- 200 qr un
- 100 qr kərə yağı
- 1 yumurta (xəmirə)
- 1 yumurta sarısı (piroqun üzərinə çəkmək üçün)
- 1 ç.q. qabartma tozu
- duz
- 50 qr qoz
- 1 x.q. süd
- 80 qr şəkər tozu
Hazırlanması:
- Ələnmiş un, şəkər tozu, yumşaq kərə yağı, qabartma tozu və 1 yumurtanı yaxşı qarışdırın, yumşaq xəmir yoğurun.
- Xəmiri 2 hissəyə bölün (2:3 nisbətində).
- Xəmiri soyuducunun dondurucu kamerasında 20 dəqiq saxlayın.
- Qozu quru tavada bir az qızardın, xırdalayın.
- Xəmirin böyük hissəsini yayın, formaya kağız sərin, xəmir qoyun, qıraqları qaldırın.
- Xəmirin üzərinə cem qoyun, qoz səpin.
- Xəmirin kiçik hissəsini yayın, zolaqlar kəsin, piroqun üzərinə şəbəkə şəklində qoyun, qıraqları bərkidin.
- 1 x.q. süd, yumurta sarısı, 1 çimdik duzu yaxşı qarışdırın, fırca ilə piroqun üzəinə çəkin.
- Sobanı qabaqcadan 180 C qədər qızdırın, piroqu 30-40 dəqiqə bişirin.
Nuş olsun!
Evdarliq.az