Məhsullar:
- 4 yumurta
- 150 qr şəkər tozu
- 30 qr kakao-toz
- 2 ç.q. qabartma tozu
- 100-150 qr un
- 2-3 alma
Hazırlanması:
- Almaları soyun, nazik doğrayın.
- Yumurtanı şəkər tozu ilə yaxşı çalın, kakao, un və qabartma tozunu əlavə edin, ehtiyatla qarışdırın.
- Almanı əlavə edin, ehtiyatla qarışdırın.
- Formaya yağ çəkin, xəmiri qoyun.
- Sobanı qabaqcadan 180 C qədər qızdırın, piroqu 30-40 dəqiqə bişirin.
Nuş olsun!
Evdarliq.az