Məhsullar:
- 200 qr kəsmik
- 4 yumurta
- 2-3 alma
- 1 stəkan şəkər tozu
- 3 x.q. xama
- 200 qr un
- 10 qr qabartma tozu
- 1 çimdik duz
- kərə yağı (formaya çəkmək üçün)
Hazırlanması:
- Yumurtanı şəkər tozu ilə yaxşı çalın.
- Başqa qabda kəsmiyi xama ilə çalın.
- Yumurtalı və kəsmikli kütlələri ehtiyatla qarışdırın.
- Unu qabartma tozu və duzla qarışdırın, ələyin.
- Kütləyə hissə-hissə unu əlavə edin, qarışdırın.
- Formaya yağ çəkin, bir az un səpin.
- Almaları tikələrə doğrayın.
- Xəmiri formaya qoyun, üzərinə almaları düzün.
- Sobanı qabaqcadan 180 C qədər qızdırın, piroqu 35-40 dəqiqə ərzində bişirin, hazır olub-olmadığını diş çöpü ilə yoxlayın, soyudun, formadan çıxardın.
Nuş olsun!
Evdarliq.az