Məhsullar:
Xəmir üçün:
- 400 qr un (təxminən)
- 2 ç.q. quru maya
- 125 qr ilıq su
- 4 x.q. bitki yağı
- 1 ç.q. şəkər tozu
- yarım ç.q. duz
Simitlərin üzərinə:
- 150 qr su
- 1 x.q. bal
- küncüt
Hazırlanması:
- Maya və şəkəri ilıq suda əridin. 10-15 dəqiqə isti yerdə saxlayın (maya qalxmalıdır).
- Mayanı dərin qaba tökün, duz və 3 x.q. bitki yağı əlavə edin, yaxşı qarışdırın.
- Ələnmiş un əlavə edin, xəmir yoğurun.
- 1 x.q. bitki yağı əlavə edin, yenə yoğurun.
- Xəmiri kürə şəklinə salın, qabda 1 saat saxlayın (qabın üzərinə plyonka çəkin).
- Xəmiri bir az yoğurun, 4-5 hissəyə bölün, hər hissəni jqut formasında yayın, bir az burun, qıraqları yaxşı yapışdırın.
- Qaba150 ml su tökün, içində 1 x.q. balı əridin. Küncütü düz boşqaba tökün.
- Simitləri əvvəl suya, sonra küncütə batırın.
- Tavaya kağız sərin, simitləri düzün, yarım saat isti yerdə saxlayın.
- Sobanı qabaqcadan 180 C qədər qızdırın, simitləri təxminən 20 dəq. bişirin (qızarana kimi).
Nuş olsun!
Evdarliq.az