Məhsullar:
- 5 yumurta
- 1 stəkan un
- 1 stəkan şəkər tozu
- vanil
- 4 dəymiş kivi (turş olmamalıdır)
Hazırlanması:
- Kivini soyun, tikələrə doğrayın.
- Yumurtanı çalın, şəkər və vanil əlavə edin, yaxşı çalın (kütlə xeyli artmalıdır).
- Hissə-hissə un əlavə edin, çox ehtiyatla qarışdırın. Xəmir qatı xama kimi alınmalıdır.
- Formaya yağ çəkin, xəmir tökün, hamarlayın, üzərinə kivi düzün.
- Sobanı 220-250 C qədər qızdırın, piroqu 40-50 dəqiqə bişirin. Hazır olub-olmadığını diş çöpü ilə yoxlayın.
- Soyudun, üzərinə pudra səpin.
Nuş olsun!
Evdarliq.az