Məhsullar:
- 1 stəkan qoz (və ya fındıq, pustə və s.)
- 1 stəkan un
- 1 yumurta
- 1/4 stəkan nişasta (kraxmal)
- 1/2 stəkan şəkər tozu
- 1/2 ç.q. vanil
- 2-3 x.q. soyuq süd
Hazırlanması:
- Un, şəkər tozu və qozu blenderdə birlikdə qarışdırın.
- Yumurta və vanil əlavə edin, qarışdırın.
- Süd əvalə edin, qarışdırın, xəmir qatın.
- Xəmiri "kolbasa" formasında yayın, tikələrə doğrayın, bir az yastıladın.
- Formaya yağ çəkin, peçenyeləri düzün.
- Peçenyeni qabaqcadan 180—190° С qədər qızdırılmış sobada 12-15 dəqiqə ərzində bir az qızarana qədər bişirin.
- Peçenyeni soyudun, üzərinə pudra səpin.
Nuş olsun!
Evdarliq.az