Bu biskvit asan hazırlanır və həmişə alınır. Biskviti tort, piroq və ya pirojnaların hazırlanması üçün istifadə etmək olar.
Məhsullar
- 5 yumurta
- 1 stəkan şəkər tozu (narın olmalıdır)
- 1 stəkan un
- yarım ç.q. vanil
Hazırlanması:
- Sobanı qabaqcadan 200-210 C qədər qızdırın.
- Soba qızanda xəmiri hazırlayın. Xəmir çox tez və asan hazırlanır.
- Əvvəl yumurta və şəkər tozunu yaxşı çalın, vanil əlavə edin, yenə çalın.
- Hiss-hissə un tökün, çalın. Un tökəndə mikseri söndürməyin.
- Xəmir qatı xama kimi alınmalıdır.
- Formaya kağız sərin, xəmir tökün, 30-35 dəqiqə bişirin.
- Sobanı söndürün, amma biskviti çıxartmayın. Biskvit yavaş-yavaş soyumalıdır.
Nuş olsun!
Evdarliq.az