Şirniyyat

Şaftalı ilə yumşaq və dadlı keks

Məhsullar:

- 200 qr kərə yağı

- 1 stəkan şəkər tozu

- 2 yumurta

- 1,5 stəkan un

- 2 ç.q. vanil

- 2 ç.q. qabartma tozu

- 2 iri şaftalı

Hazırlanması:

1. Yumşaq yağı şəkər tozu və vanillə mikserlə çalın.

2. Yumurta əlavə edin, yenə çalın.

3. Unu qabartma tozu ilə birlikdə ələyin, kütləyə əlavə edin, qarışdırın.

4. Şaftalını tikələrə doğrayın.

5. Formaya perqament kağızı sərin, xəmir qoyun, üzərinə şaftalı düzün.

6. Sobanı qabaqcadan 170-180 C qədər qızdırın, təxminən 30-35 dəqiqə bişirin (diş çöpü ilə yoxlayın).

Nuş olsun!

Evdarliq.az


. .
Загрузка...
Загрузка...

Əziz və çox dəyərli xanımlar!

Buta design” şirkəti sizə növbəti çox maraqlı olan Evdarliq.Az layihəsini təqdim edir.

Bizimlə Siz dadlı yeməklərin rahat və müxtəliv çesidli reseptləri, təmizlik işlərinin sirri, ev əşyalarına düzgün qulluq qaydaları, interyerə uyğun əşyaların  düzgün düzülülşü və dünyada mətbəx və evə aid bütün yeniliklərdən xəbərdar olacaqsınız. 

Saytımıza daxil olduqda ev işlərində  daha  təcrübəli olmanız və bününla daha az zaman sərf etməniz üçün çox çalışacayıq. Ən əsas məqsədimiz isə əldə etdiyiniz maraqlı məlumatlar sayəsində  sizə çətin gələn işlərin asanlaşmasıdır.

Qoy bundan sonra gündəlik ev işləri, öhdəsindən rahatlıqla gəldiyiniz üçün  sizə yalnız həzz hissi yaşatsın!

Hörmətlə,

Evdarlıq.Az

Яндекс.Метрика