Ərzaqlar:
- 400 qr gavalı
- 150 qr kərə yağı
- 1 stəkan un
- 100 qr şəkər tozu
- 1 ç.q. qabartma tozu
- 3 yumurta
- 1 çimdik duz
Hazırlanması:
1. Kərə yağını şəkər tozu ilə mikserlə çalın.
2. Bir-bir yumurta və duz əlavə edin, yaxşı çalın.
3. Unu qabartma tozu ilə qarışdırın, kütləyə əlavə edin, ehtiyatla qarışdırın.
4. Gavalını 2 hissəyə bölün.
5. Formaya yağ çəkin, meyvələri düzün, üzərinə xəmir tökün.
6. Sobanı qabaqcadan 200 C qədər qızdırın, piroqu 30-40 dəqiqə bişirin.
7. Soyudun, üzərinə pudra səpin.
Nuş olsun!
Evdarliq.az