Şaftalı və xamalı kremlə çox dadlı PİROQ

Məhsullar:

Xəmir üçün:

- 150 qr kərə yağı

- 150 qr şəkər tozu

- 250 qr un

- 50 ml süd

- 2 ç.q. vanil

- 2 ç.q. qabartma tozu

- 2 iri şaftalı (konservləşdirilmiş şaftalıdan da istifadə edə bilərsiniz)

Krem üçün:

- 400 qr xama (15-20% yağlılığı)

- 100 qr şəkər tozu

Hazırlanması:

1. Şaftalını çox nazik doğrayın.

2. Yağı şəkərlə birlikdə mikserlə yaxşı çalın, vanilin əlavə edin.

3. Yumurta əlavə edin, qarışdırın.

4. Süd əlavə edin, qarışdırın.

5. Un və qabartma tozu əlavə edin, yaxşı qarışdırın.

6. Formaya perqament sərin, xəmiri qoyun.

7. Xəmirin üzərinə şaftalı qoyun.

8. Sobanı qabaqcadan 180 C qədər qızdırın, piroqu 30-35 dəqiqə bişirin.

9. Krem hazırlayın: xamanı şəkər tozu ilə qarışdırın.

10. İsti piroqun üzərinə krem tökün, piroqu tam soyudun, sonra doğrayın.

Nuş olsun!

Evdarliq.az


Загрузка...
. .