Yemişlə sadə və dadlı piroq

Məhsullar:

- 5 yumurta

- yarım stəkan şəkər tozu (yemiş çox şirin deyilsə, bir az artıq götürün)

- 1,5 stəkan un

- 1 ç.q. qabartma tozu

- yarım ç.q. darçın

- 400 qr bərk şirin yemiş

Hazırlanması:

1. Yumurtanı şəkər tozu ilə mikserlə yaxşı çalın.

2. Un, qabartma tozu və darçın əlavə edin, ehtiyatla qarışdırn.

3. Formaya perqament sərin, xəmirin yarısını tökün, üzərinə kub şəklində doğranmış yemişi düzün, üzərinə qalan xəmiri tökün.

4. Sobanı 180 C qədər qızdırın, piroqu 30 dəqiqə bişirin, tam soyudun, üzərinə pudra səpin.

Nuş olsun!

Evdarliq.az  


Загрузка...
. .