Tez hazırlanan giləmeyvəli piroq

Məhsullar:

Xəmir:

- 3 yumurta

- 1 stəkan şəkər tozu

- 1,5 stəkan un

- yarım stəkan xama

- yarım stəkan mayonez

- yarım ç.q. duz

- yarım çay qaşığı soda + 1 ç.q. limon şirəsi

İçlik:

- yarım kq istənilən giləmeyvə (qarağat, albalı, çiyələk, böyürtkən)

- yarım stəkan şəkər tozu

- 2 x.q nişasta

Hazırlanması:

1. Sobanı qabaqcadan 180 C qədər qızdırın.

2. Yumurta ilə şəkər tozunu mikserlə birlikdə çalın, duz əlavə edin.  

 4. Xama və mayonezi əlavə edin, qarışdırın.

5. Unu əlayin, kütləyə əlavə edin, qarışdırın.

6. Sodanı limon şirəsi ilə söndürün, xəmirə əlavə edin, yaxşı qarışdırın.

7. Xəmirin yarısını yağ çəkilmiş formaya qoyun, sobada 7-10 dəqiqə bişirin.

8. İçlik: giləmeyvələri təmizləyin, yuyun, üzərinə şəkər tozunu səpin. Çıxmış şirəni ayrı qaba tökün. Giləmeyvəyə nişasta tökün, qarışdırın.

9. Xəmiri sobadan çıxardın, üzərinə içlik qoyun, sonra qalan xəmiri tökün.

10. Piroqu sobaya qoyun, üstü qızarana qədər bişirin.

Nuş olsun!

Evdarliq.az  


Загрузка...
. .