Sadə meyvəli piroq

Məhsullar:

Xəmir:

- 100 qr şəkər tozu

- 1 ç.q. vanil

- 100 qr kərə yağı

- 2 yumurta

- 1 ç.q. qabartma tozu

- 150-200 qr un

Üzərinə səpmək üçün ovuntu (ştreyzel):

- 100 qr badam (və ya fındıq, qoz)

- 100 qr kərə yağı

- 100 qr şəkər tozu

- 100-150 qr un

İçlik: 500-600 qr istənilən meyvə (çox sulu meyvələrdən istifadə etməyin)

Hazırlanması:

1. Xəmir: yumşaq kərə yağını şəkər tozu və vanillə qarışdırın, yumurta əlavə edin, yenə qarışdırın. Unu qabartma tozu ilə birlikdə ələyin, kütləyə əlavə edin, qarışdırın.

2. Ovuntu: badamı blenderdə xırdalayın, şəkər tozu, yumşaq yağ və un əlavə edin, barmaqlarınızla ovuşdurun.

3. Meyvələri xırda doğrayın.

4. Formaya yağ çəkin, xəmir qoyun, üzərinə meyvələri düzün və ovuntu səpin.

5. Sobanı qabaqcadan 180 C qədər qızdırın, piroqu 40-45 dəqiqə bişirin.

6. Hazır piroqu tam soyudun, sonra doğrayın.

Nuş olsun!

Evdarliq.az



 

 

.