Xurma ilə dadlı piroq

Məhsullar:

- 1,5 stəkan un

- 400 qr kəsmik

- 2 yumurta

- 200 qr xama

- 200 qr kərə yağı

- 1 stəkan şəkər tozu

- 200 qr xurma

- 1 ç.q. qabartma tozu

- vanilin

Hazırlanması:

1. Unu şəkər tozunun yarısı, yağ, qabartma tozu və vanilinlə oxuşdurun. Ovuntunun yarısını formaya tökün, hamarlayın.

2. Xurmanın tumlarını çıxardın, xurmanı doğrayın, ovuntunun üzərinə düzün.

3. Kəsmiyi yumurta sarısı və xama ilə yaxşı qarışdırın.

4. İçlik: yumurta ağını qalan şəkər tozu ilə mikserlə yaxşı çalın, kəsmikli kütləyə əlavə edin, ehtiyatla qarışdırın.

5. İçliyi formaya qoyun, üzərinə qalan ovuntunu tökün.

6. Sobanı qabaqcadan 180 C qədər qızdırın, piroqu 30-40 dəqiqə bişirin.

Nuş olsun!

Evdarliq.az




loading...

15-20 yaş daha cavan görünməyin YOLLARI