Məhsullar:
- 150 qr şəkər tozu
- 250 qr kokos
- 250 qr yağlı qaymaq
- 1 paket vanil
- paket qabartma tozu
- 3 yumurta
Hazırlanması:
1. Yumurtanı şəkər tozu ilə yaxşı çalın.
2. Kokos əlavə edin, qarışdırın.
3. Qaymaq və vanilin əlavə edin, qarışdırın, soyuduca 20 dəqiqə saxlayın ki, kokos şişsin.
4. Sobanı 170 C qədər qızdırın.
5. Xəmiri soyuducudan çıxardın, qabartma tozunu əlavə edin, qarışdırın, formaya kağız sərin, xəmir qoyun, təxminən 30-40 dəqiqə bişirin.
6. Piroqu soyudun, üzərinə pudra səpin və ya əridilmiş şokolad tökün.
Nuş olsun!
Evdarliq.az