Məhsullar:
- 2 yumurta
- 150 qr şəkər tozu
- 150 qr manna yarması
- 150-200 qr un
- 250 qr xama və ya təzə qatıq
- 1 portağal
- 2 ç.q. vanil
- 2 ç.q. qabartma tozu
- 100 qr şokolad
Hazırlanması:
1. Mankanı xama və ya qatıqla qarışdırın, 30 dəqiqə saxlayın.
2. Portağaldan şirəni sıxın (100 ml lazımdır).
3. Yumurtanı şəkər tozu ilə mikserlə çalın, şirə əlavə edin, qarışdırın.
4. Mankanı əlavə edin, qarışdırın.
5. Unu qabartma tozu ilə qarışdırın, ələyin, kütləyə əlavə edin, qarışdırın.
6. Formaya yağ çəkin, xəmiri qoyun.
7. Sobanı qabaqcadan 180 C qədər qızdırın, piroqu 30-35 dəqiqə bişirin, soyudun.
8. Şokoladı su hamamında əridin, piroqun üzərinə çəkin.
Nuş olsun!
Evdarliq.az