Məktəbli bulkalar. Resept

Məhsullar:

Xəmir:

- 2,5 stəkan un

- 1 stəkan süd

- 100 qr şəkər tozu

- 1 x.q. quru maya

- 5 x.q. bitki yağı

- 1 yumurta

- vanil

Ovuntu üçün:

- 2 x.q. un

- 2 x.q. şəkər tozu

- 25 qr kərə yağı

Üzərinə çəkmək üçün 1 yumurta sarısı

Hazırlanması:

1. İlıq südə maya, 1 x.q. un və 1 x.q. şəkər tozunu tökün, qarışdırın, isti yerdə təxminən 15 dəqiqə saxlayın.

2. Qalan şəkər tozu, bitki yağı, duz, vanil, yumurta əlavə edin, qarışdırın.

3. Unu ələyin (bir az saxlayın), xəmirə əlavə edin, qarışdırın.

4. Masaya qalan un səpin, xəmir qoyun, əllərinizə bitki yağı çəkin, xəmir yoğurun. Yumşaq və elastik xəmir alınmalıdır.

5. Xəmiri 1 saat isti yerdə saxlayın.

6. Xəmir qalxanda yoğurun, yenə yarım saat isti yerdə saxlayın.

7. Xəmir 2-ci dəfə qalxanda yenə bir az yoğurun, bulkaları formalayın, yağ çəkilmiş tavaya düzün, üzəridə mətbəx dəsmalı sərin, 20 dəqiqə isti yerdə saxlayın.

8. Ovuntu hazırlayırıq: 2 x.q. un, 2 x.q. şəkər tozu və yumşaq 25 qr kərə yağını bir qaba qoyun, barmaqlarınızla ovuşdurun.  

9. Bulkaların üzərinə yumurta sarısını çəkin, ovuntu tökün.

10. Bulkaları 180 C qədər qızıdırılmış sobada 30 dəqiqə bişirin.

Nuş olsun!

Evdarliq.az




Uşaqlarda QIZDIRMA ilə bağlı BÜTÜN SUALLARA ən dolğun cavablar