Banan və karamellə şokoladlı piroq

Məhsullar:

- 2 yumurta

- 100 qr kərə yağı

- 100 qr şəkər tozu

- 1 paket vanilli şəkər

- 30 qr kakao

- 2 ç.q qabartma tozu

- təxminən 1 stəkan un

- 3 yumşaq dəymiş banan

Karamel üçün:

- 200 qr şəkər tozu

- 100 qr süd

- 50 qr kərə yağı

Hazırlanması:

1. Yumşaq kərə yağını şəkər tozu və vanilli şəkərlə mikserlə çalın.

2. Yumurta əlavə edin, yenə çalın.

3. Kakao  əlavə edin, qarışdırın.

4. Un və qabartma tozu əlavə edin, qarışdırın.

5. Formaya yağ çəkin, xəmir qoyun, yastıladın.

6. Bananları doğrayın, xəmirin üzərinə düzün.

7. Piroqu 180 C qədər qızdırılmış sobada təxminən 30-35 dəqiqə bişirin.

8. Karamel: qalın quru tavada şəkər tozunu əridin (tünd qızılı, kəhrəba rəngində olmalıdır). Südü yaxşı qızdırın, qaynatmayın. Şəkər tam əriyəndə və tünd qızılı rəng alanda hissə-hissə süd əlavə edin, hər dəfə yaxşı qarışdırın. Oddan götürün, yağ əlavə edin, qarışdırın. Karamel hazırdır.

9. Piroq bir az soyuyanda üzərinə karamel tökün, soyudun, tikələrə doğrayın.

Nuş olsun!

Evdarliq.az



 

 

.