Kuliç xəmiri. Sadə resept

Bu xəmirdən bulkalar, vatruşkalar, piroqlar hazırlamaq olar. Kişmiş xoşlamırsınızsa əlavə etməyin.

Məhsullar:

- 1 kq un

- 300 qr kərə yağı

- 1,5 stəkan şəkər tozu

- 1,5 stəkan süd

- 20-30 qr preslənmiş maya (yaş maya)

- 4 yumurta

- vanil

- 1-2 ovuc kişmiş

Hazırlanması:

1. Yarım stəkan ilıq süddə mayanı əridin, 1 ç.q. şəkər tozu əlavə edin, isti yerdə saxlayın ki, qalxsın.

2. Unu ələyin, əridilmiş ilıq yağ, şəkər tozu, vanil 1 stəkan ilıq süd əlavə edin, qarışdırın.

3. Xəmirə maya əlavə edin, qarışdırın, isti yerə qoyun ki, qalxsın.

4. Yumurtanın ağını və sarısını ayrı qablarda yaxşı çalın, xəmir qalxanda ora əlavə edin, qarışdırın, yenə isti yerə qoyun.

5. Kişmişi yuyun, qurudun, xəmir qalxanda əlavə edin, yenə qatın. Xəmir hazırdır.

Xəmirdən istənilən un məmulatlarını hazırlaya bilərsiniz.

Nuş olsun!

Evdarliq.az




loading...

Qaraciyərin sevimli içkisi - KİŞMİŞ SUYU