Ev şəraitində KARAMELin hazırlanması

Karamel tort, pirojna, müxtəlif digər şirniyyatların hazırlanmasında istifadə olunur.

Məhsullar:

- 175 qr şəkər tozu

- 120 qr yağlı qaymaq

- 30 kq kərə yağı

- vanilin

Hazırlanması:

1. Divarları qalın qazanı qızdırın, içinə şəkər tozunu tökün, orta odda əridin, vaxtaşırı qarışdırın ki, yanmasın.

2. Şəkər tozu kəhrəba rəngində olmaldır. Çalışın, şəkər tozu yanması, əks halda dadı acı olacaq.

3. Qaymağı yaxşı qızdırın (qaynatmayın!)

4. İsti qaymağı əridilmiş şəkərin içinə qarışdıra-qarışdıra tökün.

5. Yumşaq kərə yağı və vanil əlavə edin, yenə yaxşı qarışdırın. Hazır karameli soyuducuda saxlayın.  

Nuş olsun!

Evdarliq.az