Bişmiş squşonkanın evdə hazırlanması

Bu çox asan üsuldur. Squşonka 2,5-4 saat bişirilir və nəticə də müxtəlif olur.

İris hazırlamaq üçün təxminən 4 saat, adi bişmiş squşonkanı (məsələn, krem üçün) hazırlamaq üçün isə 2,5 saat tələb olunur.

Resept:

Squşonkanı bankada qazana qoyun, üzərinə çıxana kimi su tökün. Qaynamağa qoyun. Su qaynayandan sonra vam odda qaynadın. Su azaldıqca üzərinə qaynar su tökün. Su bankadan ən azı 2 sm yuxarıda olmaldır.  Bişəndən sonra bankanı soyuyana qədər suda saxlayın.  

Yalnız keyfiyətli squşonka alın. Əks halda nəticə yaxşı olmayacaq.

Bişmiş squşonkadan çox dadlı krem hazırlamaq olar. Bunun üçün 200 qr kərə yağı, 1 banka bişmiş  squşonka və vanil götürülür. Yumşaq kərə yağını mikserlə ağarana qədər çalın, sonra hissə-hissə squşonka və vanil əlavə edin, yenə yaxşı çalın.

Nuş olsun!

Evdarliq.az


Загрузка...
. .