Cemlə sadə və dadlı PİROQ

Məhsullar:

- 2 yumurta

- 2,5-3 stəkan un

- 200 qr kərə yağı

- yarım stəkan şəkər tozu

- 1 ç.q. qabartma tozu

- vanil

- 1 stəkan qatı cem

Hazırlanması:

1. Yumurtanı şəkər tozu ilə çalın.

2. Əridilmiş yağ, vanil əlavə edin, qarışdırın.

3. Unu qabartma tozu ilə birlikdə ələyin, kütləyə əlavə edin, qarışdırın, xəmir yoğurun.    

4. Xəmiri 2 hissəyə bölün (biri böyük, digəri kiçik olmalıdır).

5. Xəmirin böyük hissəsini formaya qoyun, yastıladın, qıraqları qaldırın, ortasına cem qoyun.

6. Xəmirin qalan hissəsini yayın, uzun nazik zolaqlara kəsin, cemin üzərinə şəbəkə formasında qoyun.

7. Piroqu 200 C qədər qızıdırılmış sobada 35-40 dəqiqə bişirin.

Nuş olsun!

Evdarliq.az




Piyləri yandıran SUPER-QARIŞIQ. Resept